"Borussiya"da ciddi itki - 3 ay oynamayacaq

20 May 2020 20:50

Dortmund "Borussiya"sı ciddi itki ilə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Dortmund təmsilçisinin futbolçusu Marko Roys sıradan çıxıb. 30 yaşlı futbolçunun bud əzələsindən zədələndiyi və təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu da Roysun mövsümü erkən tamamlaması mənasına gəlir.

Xatırladaq ki, koronavirus səbəbiylə dayandırılan Almaniya Bundesliqası keçən həftə bərpa olunub.

Milli.Az