AMEA-nın magistraturasına 2020-2021-ci tədris ili üzrə qəbul planı təsdiqləndi

20 May 2020 18:09

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına 2020-2021-ci tədris ili üçün qəbul planı təsdiqlənib

AMEA-dan Milli.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2020-2021-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 15 ixtisas 43 ixtisaslaşma üzrə 59 plan yeri təsdiq edilib. Ayrılan bütün plan yerləri dövlət sifarişlidir.

Magistraturaya qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar AMEA-nın magistraturasına ayrılan plan yerlərində göstərilən ixtisaslaşmaları seçmək imkanı əldə edəcəklər.

Milli.Az