Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlandı

20 May 2020 12:25

Hazırda Azərbaycanda 134 min 298 nəfər əcnəbi yaşayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən onlayn brifinqdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, həmin şəxslər daha çox Rusiya, Gürcüstan, İran vətəndaşlarıdır:

"Ölkədə olan digər miqrantlar isə başqa ölkələrin vətəndaşlarıdır. Pandemiya ölkəmizdə əcnəbilərin olmasına da mənfi təsir göstərib".

Milli.Az