İngilis nəhəngləri onun uğrunda mübarizə aparırlar

20 May 2020 11:11

Mönhenqladbah "Borussiya"sının hücumçusu Alassan Plea İngiltərə klublarının diqqət mərkəzindədi.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted", "Arsenal", "Tottenhem" və "Lester" Pleanı transfer etmək istəyirlər. 27 yaşlı futbolçu uğrunda mübarizədə "Spörs" favorit hesab olunur.

Cari mövümdə Bundesliqada 23 matçda meydana çıxan Pleanın aktivində 9 qol, 7 məhsuldar ötürmə var.

Milli.Az