Nurməhəmmədov yenidən komaya düşdü

20 May 2020 11:00

UFC üzrə yüngül çəkidə dünya çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov yenidən komaya düşüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mayın 18-də vəziyyəti ağırlaşan A.Nurməhəmmədov süni tənəffüs cihazına qoşulub.

A.Nurməhəmmədov aprelin 25-də Mahaçqalada xəstəxanaya çatdırılıb. Mayın əvvəlində isə Moskvadakı xəstəxanalardan birinə köçürülüb. Məşqçinin bir həftəyə qədər komada qaldığı iddia edilirdi.

Milli.Az