Polina Qaqarina ərindən ayrılıb

20 May 2020 10:55

Rusiyalı məşhur müğənni Polina Qaqarina fotoqraf həyat yoldaşı Dmitri İsxakovdan ayrılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə cütlüyə yaxın mənbələrdən biri "Super" nəşrinə müsahibəsində deyib.

O bildirib ki, cütlük rəsmi olaraq boşanmasa da, artıq bir neçə aydır birlikdə yaşamır.

Qeyd edək ki, Polina və Dmitri 2014-cü ildə ailə həyatı qurub. Onların 1 qızı, Qaqarinanın ilk evliliyindən isə 1 oğlu var.

Milli.Az