Biləsuvarda 4 otaqlı ev yanıb

19 May 2020 22:02

Biləsuvar rayonunun Xırmandalı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 15 m² sahədə, bitişik, ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları 30 m² sahədə və talvarın altına yığılan 12 ton ot bağlamasının 8 tonu yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, evin, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az