Xaçmazda quyuya düşən heyvanı FHN xilas etdi

19 May 2020 20:58

Xaçmazda quyuya düşən heyvan xilas edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Xaçmaz rayonunun Qımılqışlaq kəndində təkdırnaqlı heyvanın dərinliyi 4 m olan quyuya düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən heyvan quyudan çıxarılıb və sahibinə təhvil verilib.

Milli.Az