Bakıda küçədən meyit tapılıb

19 May 2020 18:54

Bakıda naməlum kişi meyiti tapılıb.

Milli.Az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Yol kənarında 60-65 yaşlarında naməlum kişi meyiti aşkar edilib. Meyitin müayinəsi zamanı dünyasını dəyişən şəxsin avtomobillə vurulduğu müəyyən edilib.  

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az