"Fənərbaxça"da növbəti koronavirus testinin nəticələri

19 May 2020 19:44

"Fənərbaxça"da futbolçular, məşqçilər və klubun əməkdaşları növbəti dəfə koronavirus testindən keçib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,testin nəticələri neqativ çıxıb və heç kəsdə koronavirus aşkarlanmayıb. Komandanın kiçik qruplar şəklində çərşənbə, cümə axşamı və cümə günü məşqlərə davam edəcəyi bildirilib.

Qeyd edək ki, "Fənərbaxça"da ilk testdə üç işçinin koronavirus testi müsbət çıxmışdı.

Milli.Az