Koronavirusa yoluxmaqdan qorxduğu üçün dezinfektant içib öldü

19 May 2020 18:19

Moskvada koronavirusa yoluxmaqdan qorxan sakin özünü qorumaq üçün dezinfeksiya geli içib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nəticədə 48 yaşlı şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ona naməlum spirttərkibli məhluldan zəhərlənmə diaqnozu qoyulub.

Komaya düşən şəxsi həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Milli.Az