Rusiyalıların özünütəcrid müddətində ən çox istifadə etdiyi xidmətlər açıqlandı

19 May 2020 18:04

Rusiyalıların koronavirus pandemiyası ilə əlaqədar özünütəcrid müddətində ən çox istifadə etdiyi xidmətlər açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, statistikaya əsasən bu müddət ərzində kuryer, bərbər və repetitor xidmətlərindən istifadə artıb.

Belə ki, bu dövrdə kuryerlər vasitəsilə çatdırma sifarişləri 50 faiz, bərbər, məşqçi və psixoloqlara müraciət 42 faiz, repetitorlara müraciət 30 faiz artıb.

Eyni zamanda, özünütəcrid müddətində fotoqraf, təmizlik işçisi və inşaatçılara tələbat kəskin azalıb.

Qeyd edək ki, bu günədək Rusiyada 300 minə yaxın şəxs koronavirusa yoluxub, 2 837 isə nəfər ölüb.

Milli.Az