“Karantindən qabaq elçiliyə gedib, qalıb həmin adamın evində”

19 May 2020 16:07

Deputat Fazil Mustafa Naxçıvana gediş-gəlişdə yaranmış problemdən danışıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, deputat parlamentdə bildirib ki, karantindən qabaq ora elçiliyə gedib, hələ də elçiliyə getdiyi adamın evində qalan vətəndaşlar var: 

"Adamlar var ki, xəstədir və Bakıya gələ bilmir. Ya yaxınları vəfat edib, gəlib-gedə bilmir. Bu əlaqənin tamamilə kəsilməsi olduqca ciddi problemlər yaradacaq".

Milli.Az