Putin yəhudiləri faşistlərdən azad olunma günü münasibətilə təbrik edib

19 May 2020 15:07

Gələcək nəsillər İkinci Dünya müharibəsi haqqında tarixi həqiqətləri qorumalı, antisemitizm və ksenofobiyanın faciəvi nəticələrini unutmamalıdırlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkədə yaşayan yəhudilərə təbrik müraciətində deyib.

O, yəhudiləri faşistlərdən azad olunması günü münasibətilə təbrik edib. V.Putin vurğulayıb ki, bu gün yəhudiləri və digər xalqları məhv olmaqdan xilas edən Qırmızı ordu və müttəfiq ölkə əsgərlərinə hörmət günüdür.

Qeyd edək ki, yəhudi təqviminə əsasən, bu il faşistlərdən azad olunma günü mayın 19-a təsadüf edib.

Milli.Az