Lamborghini rəqəmsal marka buraxıb - FOTO

21 May 2020 23:30

Lamborghini şirkəti Bitstamps firması ilə birlikdə ilk rəqəmsal poçt markasını buraxıb. Markanın üzərində Huracan Evo RWD Spyder rodsteri çəkilib. ÜmumilikdəŞ xüsusi tətbiq vasitəsi ilə 20,000 "marka" satılacaq və onların hamısı İtalyan markasının tarixinə həsr edilmiş tematik kolleksiyanın tərkib hissəsi olacaqdırlar.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Automobili Lamborghini Collection dəstində 20-dən çox simvolik modelin şəkli olan markalar yer alacaqdır. Bu markaların hər birini yalnız Bitstamps tətbiqi vasitəsi ilə əldə etmək və yenidən satmaq olar. Üzərində Huracan Evo RWD Spyder modelinin təsviri markalar 20 min nüsxəli məhdud saylı tirajla buraxılacaqdır: markanın bütün rəqəmsal nüsxələri unikal identifikasiya nömrəsini alacaq, onların orijinallığı və mülkiyyətdə olma tarixi blokçeyn texnologiyası ilə təsdiqlənəcəkdir.

Milli.Az