Volkswagen ID.3 modeli gələn ay satışa çıxacaq - FOTO

26 May 2020 23:01

Volkswagen şirkəti ilk ID. ailəsindən olan ID.3 hetçbekinin müştərilərə göndərməyə hazırlaşır, lakin şirkətin keçən ildən bəri aradan qaldırmağa çalışdığı proqram təminatındakı qüsurlar hələ də həllini tapmayıb. Buna baxmayaraq seriya elektromobillərinin çatdırılmasına əvvəlcədən planlaşdırıldığı kimi 17 iyun tarixində başlanacaqdır. Bəs problemlər?

Milli.Az autograph.az-a istinadən bildirir ki, Volkswagen nümayəndələri proqram təminatında olan problemləri aradan qaldıra bilmədiklərini etiraf ediblər. Lakin, almanlar ümidlərini itirmırlər və yaxın zamanlarda problemi həll edəcəklərindən əmindirlər. Əvvəllər alman markasının rəhbəri olmuş Yurgen Ştakmann, qalan bir neçə həftə ərizndə, bütün problemlərin tamamilə aradan qaldırılması üçün kifayət qədər zamanın olduğunu söyləyib.

Göründüyü kimi, konsern rəhbərliyi növbəti elektrokarların buraxılış cədvəlini pozmamaq üçün, satışların başlanmasını təxirə salmağa cəsarət etməyib. Bir neçə aydan sonra, Volkswagen ID.4 elektrik krossoverinin və onun həmkarı Skoda Enyaq iV modelinin və Seat el-Born hetçbekinin təqdimatları baş tutmalıdır. Böyük ehtimalla, ilk əmtəə hetçbekləri məhdud funksiyalara sahib olacaq, onların proqram təminatı isə, bir müddət sonra məsafədən yenilənəcəkdir.

Milli.Az