Ermənistanda koronavirusa yoluxanların sayı 5 min nəfəri keçib

19 May 2020 13:17

Ermənistanda koronavirusa yoluxanların sayı 5 041 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, son sutka ərzində 218 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 64 nəfər koronavirusdan ölüb, 2 788 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Milli.Az