Bakıda işıqfor obyektlərinin üzərinə piyada seksiyaları quraşdırılır - FOTO

19 May 2020 12:44

Vətəndaşlarda xüsusi narahatlıq doğuran nizamlanan yol kəsişmələrində mövcud işıqfor obyektlərinin üzərinə piyada seksiyaları (bölmə) quraşdırılır.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agnetliyindən (BNA) bildiriblər. Qeyd olunub ki, məqsəd, piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması və vətəndaş məmnuniyyətinin təmin olunmasıdır:

"Artıq 28 May küçəsinin Keykab xanım Səfərəliyeva, A.Puşkin və R.Zorge küçələri ilə, Nizami küçəsinin isə Keykab xanım Səfərəliyeva və A.Puşkin küçələri ilə kəsişmələrində bu istiqamətdə görülən işlər icra edilib".

Milli.Az