Del Pyero xəstəxanadan evə buraxıldı

19 May 2020 11:43

İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Alessandro Del Pyero xəstəxanadan buraxılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,bu barədə 46 yaşlı keçmiş hücumçu İnstaqram hesabından bildirib. O, hazırda evində olduğunu vurğulayıb.

Qeyd edək ki, Del Pyero böyrəklərindəki daşa görə Los-Ancelesdə xəstəxanaya yerləşdirilmişdi.

Milli.Az