"O qadınların taxma kirpiyi, əməliyyatlı burnu olmurdu"

19 May 2020 15:01

Rəqqasə Oksana Rəsulova yeni fotosessiya etdirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki,sənətçi "Keçmiş əsrin türk qadınları" adı verdiyi fotosessiyasından görüntüləri İnstaqram izləyiciləri ilə bölüşüb.

Başını kəlağayı ilə bağlayan Oksana tənqid atəşinə tutulub. İzləyicilər sənətçiyə "Sadəcə, o qadınlarda belə taxma, qoyma kirpik, makiyaj olmurdu. Təbii olurdular... Türk qadınında belə burun da olmurdu. Əməliyyatlı burnu olmurdu..." kimi şərhlər yazaraq, onun makiyajını obrazına yaraşdırmayıblar.

Milli.Az