Zeynəb Xanlarovanın ölüm xəbəri yayıldı - Qardaşı qızından açıqlama

19 May 2020 09:59

Xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbəri yalandır.

Milli.Az bildirir ki, bu barədə APA-ya Z.Xanlarovanın qardaşı qızı, əməkdar artist Mehriban Xanlarova məlumat verib.

O bildirib ki, Z. Xanlarova sağ-salamatdır və Bakıdakı evində ailəsi ilə birlikdədir: "Bu xəbəri yayanlara nə deyim, bilmirəm. Zeynəb Xanlarova haqqında bu cür sözlər yazıblar. O, sağ-salamat evindədir".

Milli.Az