Kamçatka sahillərində 4,5 bal gücündə zəlzələ olub

19 May 2020 08:28

Rusiyanın Kamçatka sahillərində 4,5 bal gücündə zəlzələ qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka filialı xəbər verib.

Seysmik hadisənin episentri Ust-Kamçatsk kəndindən 138 km məsafədə, 18 km dərinlikdə olub. Sunami təhlükəsi elan edilməyib.

Bildirilib ki, zəlzələ nəticəsində tələfat və dağıntı yoxdur.

Milli.Az