Birmərtəbəli ev yanıb

18 May 2020 23:47

Goranboy rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Qaradağlı kəndində ümumi sahəsi 25 m² olan, dam örtüyü qamışdan ibarət birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az