Doqquzmərtəbəli binada yanğın olub

18 May 2020 22:40

Sumqayıtda yanğın qeydə anlınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 6-cı mərtəbəsində quraşdırılan elektrik lövhəsində 9 ədəd sayğac, 9 ədəd elektrik açarı və kabel 2 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az