Bakı-Naxçıvan arasında sərnişindaşıma zəruri hallarda həyata keçirilir - İbrahim Məmmədov

18 May 2020 18:14

Bakı-Naxçıvan arasında sərnişindaşıma zəruri hallarda həyata keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı-Naxçıvan arasında gediş-gəlişə qoyulan məhdudiyyət insanların təhlükəsizliyi üçündür:

"Hərbçilərin daşınması və digər zəruri proseslər müəyyən şərtlər əsasında baş tutur. Bu istiqamətdə qoyulan qadağalar sarı zonada olan Naxçıvan əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır".

Milli.Az