Florentin Poqbanın yeni klubu müəyyənləşib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını Fransanın 2-ci Liqasında çıxış edən "Soşo" klubunda davam etdirəcək. Klubdan verilən məlumata görə, növbəti həftə tibbi müayinədən keçdikdən sonra qvineyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Florentin "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın böyük qardaşıdır.
Milli.Az