Bakı Şəhər İcra Hakimiyyətinin başçısının Eldar Əzizov Bakıda uşaq bağçalarının açılması məsələsinə aydınlıq gətirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, E.Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib ki, bağçaların açılması epidemioloji vəziyyətdən asılı olacaq:
"Operativ Qərargah nə zaman qərar qəbul etsə, biz bağçaları aça bilərik, ancaq mənə elə gəlir ki, bu, yaxın perspektivdə olmayacaq".
Milli.Az