Rusiyada daha bir futbolçuda koronavirus aşkarlandı

18 May 2020 21:54

Rusiyanın "Rubin" klubunun futbolçusu Konstantin Pliyev koronavirusa yoluxub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi hazırda özünü yaxşı hiss edir və Vladiqafqazda həkimlərin nəzarəti altındadır. Rusiyalı futbolçunun "Rubin"in digər oyunçuları ilə ünsiyyətdə olmadığı bildirilib. 

Qeyd edək ki, daha öncə "Lokomotiv"in futbolçusu Cefferson Farfanda koronavirus aşkarlanıb.

Milli.Az