Bakıda mənzildən meyit tapıldı

18 May 2020 20:29

Bakı şəhərinin Nəsimi rayonunda mənzildən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Ağayev Natiq İsrafil oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az