İtaliya klubunun futbolçuları koronavirusdan sağaldı

18 May 2020 19:44

"Fiorentina"nın futbolçuları və klubun işçiləri koronavirusdan sağalıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hazırda 6 nəfərdən 5-inin növbəti testləri mənfi nəticələnib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən təxirə salınan A Seriyasının iyunun 13-də bərpa olunacağı açıqlanıb.

Milli.Az