Koronavirus pandemiyasına görə dayandırılan Şotlandiya Premyer Liqasına yekun vurulub.
Milli.Az xəbər verir ki, turnir cədvəlinin lideri "Seltik" çempion elan edilib. Bununla da Qlazqo təmsilçisi ardıcıl 9-cu dəfə ölkə çempionu olub.
Turnir cədvəlinin sonuncusu "Harts" aşağı liqaya düşüb.
Şotlandiya Premyer Liqası martın 13-ü sona 8 tur qalmış dayandırılmışdı.
Milli.Az