Mingəçevir sakini qonşusunu küçədə bıçaqladı

18 May 2020 19:19

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin 20 yanvar küçəsi, 20 saylı binanın qarşısında qeydə alınıb. Şəhər sakini, 1986-cı il təvəllüdlü Əsədov Rəşad Əsəd oğlu, qonşusu, 1985-ci il təvəllüdlü Vəliyev Samir Zakir oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində R.Əsədov S.Vəliyevin bədəninin müxtəlif hissələrinə 2 bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az