Tanınmış idmançı komaya düşdü - FOTO

18 May 2020 21:09

Ukraynanın "Zaporoje" klubunun basketbolçusu Sergey Myasoedov velosipeddən yıxılaraq ağır yaralanıb.

Milli.Az xəbər verir ki, Ukrayna Basketbol Federasiyası idmançının hazırda komada olduğunu açıqlayıb.

Bildirilib ki, hadisə mayın 16-da səhər saatlarında baş verib. İdmançı velosiped sürdüyü zaman yıxılıb.

Basketbolçuya kəllədaxili hematoma diaqnozu qoyulub. Onun üzərində əməliyyat keçirilsə də, komaya düşüb. Hazırda vəziyyəti son dərəcə ağır qiymətləndirilir. (publika.az)

Milli.Az