Bakıda qadın sürücü piyadanı vurub öldürdü

18 May 2020 19:04

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Aygün Qəniyevanın idarə etdiyi "Jeep Cherokee" markalı avtomobil yolu keçən orta yaşlı kişini vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az