Ağaxan müəllim toyda Arif Babayevin əlindən öpdü - Mənsum İbrahimov - VİDEO

18 May 2020 18:44

ARB TV-nin efirində yayımlanan "Səhər-səhər" verilişində Azərbaycan Respublikasının xalq artisti, mərhum Ağaxan Abdullayevin həyat və yaradıcılığa müzakirə edilib.

Milli.Az xəbər verir ki, verilişin qonağı olan xalq artisti Mənsum İbrahimov mərhum xalq artisti ilə bağlı xatirələrini danışıb. O, toy məclislərinin birində Ağaxan Abdulayevin xalq artisti Arif Babayevin əlini öpməsindən söz açıb:

"Ağaxan müəllim o qədər böyüyə-kiçiyə hörmət edən insan idi ki, hər birimiz ona heyran idik. Öz oğlunun toy məclisi idi, biz də getmişdik. Ağaxan müəllim toyda Arif Babayevlə görüşdə və onun əlini öpdü. Özü xəstə olsa da böyüyə hörmətini göstərdi, hamımızı kövrəltdi".

Milli.Az