Sabirabadda avtomobil piyadanı vurub öldürdü

18 May 2020 18:39

Sabirabad şəhərində "VAZ-2107" markalı avtomobillə yolu keçən piyada vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, mayın 17-də saat 14 radələrində Sabirabad şəhərində şəhər sakini B.İmamverdiyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən həmyerlisi Elman Mirzəliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az