"Mercedes" ağaça çırpıldı: 1 ölü, 1 yaralı

20 Aprel 2010 15:08
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, aprelin 19-da saat 22:00 radələrində, Milabad kəndi ərazisində Firəddin Qorçuyev idarə etdiyi "Mercedes" markalı avtomobili ağaca vurub. Nəticədə, F.Qorçuyev xəsarət alıb, onun sərnişini, Xaçınabad kənd sakini Fəxrəddin Xəlilov hadisə yerində ölüb.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az