İnzibati icraatda iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyac duyan əlilliyi olan şəxslər bəzi xidmətlərlə təmin olunacaqlar.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar "İnzibati icraat haqqında" qanuna yeni müddəa əlavə edilib.
Bu əlavəyə əsasən, inzibati icraatda iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) xidmətləri ilə təmin edilirlər. Bu halda ixtisaslaşmış vasitəçilər bu qanunun məqsədləri üçün tərcüməçi hesab olunurlar.
Milli.Az