Sürücülərin nəzərinə: bu yolda təmir işləri yekunlaşır - FOTO

18 May 2020 15:19

20 Yanvar dairəsindən Ziya Bünyadov prospektinə giriş hissədə aparılan təmir işləri yekunlaşır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Milli.Az-a verilən məlumata görə, bu gün günorta saatlarından sözügedən ərazidə hərəkət bərpa olunacaq.

Hazırda ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.

Milli.Az