Qonşunun 5 yaşlı qızını aldadaraq evinə apardı - VİDEO - FOTO

18 May 2020 15:08

İngiltərədə qadın qonşusunun 5 yaşlı qızını qaçırıb. Bu barədə "The Sun" xəbər verir.

Milli.Az xəbər verir ki, 33 yaşlı Cenifer Mey adlı qadın, uşağa bir stəkan çay təklif edərək onu aldadıb. O, balaca qızı oyun meydançasından oğurlayaraq evinə gətirib. Hadisə təhlükəsizlik kamerasına düşüb.

Bunu görən yerli sakinlərdən biri dərhal qızın anasına xəbər verib. Uşağın valideynləri qadının evinə gəliblər. Onlar qapını sındıraraq uşağı xilas ediblər. Hadisə yerinə gələn polis təcavüzkarı həbs edib.

Qadının hadisəni hansı səbəblə törətdiyi barədə heç bir məlumat yoxdur.
Məhkəmə ona bir ay həbs cəzası kəsib. Lakin istintaq dövründə bu müddəti keçdiyi üçün o, məhkəmədə sərbəst buraxılıb. (ölkə.az)

Milli.Az