Samsung Galaxy A31 - daha sürətli, daha maraqlı və daha yaxşı!

18 May 2020 12:00

Bir müddət öncə Samsung, Galaxy A31 adlı yeni smartfonun çıxışını elan etdi.  Smartfon öncəki modellərdən nəzərə çarpacaq dərəcədə fərqlənir, belə ki ilk növbədə bu yeni dizayndır. Burada arxa qapaq və yan çərçivələr plastikdən ərsəyə gətirilmiş, korpusun arxa hissəsinin örtüyünə isə nazik şaquli xətlər şəklində naxış əlavə edilmişdir. Sözü gedən arxa panelin qeyri-adi naxışı smartfonun yenilənmiş görünüşünü effektiv şəkildə tamamlayır, belə ki, parlaq mənbələrdən işığı əks etdirərək, səth bir növ spektral "parıltı" saçır. A31 korpusunun sol yan tərəfində 2 SIM-kart və microSD üçün ayrıca nəzərdə tutulmuş slot, sağda isə - yanıb/sönmə düyməsi və səs səviyyəsinin tənzimləyicisi yerləşdirilib. Həmçinin, smartfon  USB Type-C yuvası və  ənənəvi 3.5 mm ölçülü qulaqcıq oyuğu ilə təchiz edilib.

Galaxy A31-in ön panelində 1080 × 2400 piksel icazəli 6.4 "FHD + Super AMOLED displey yerləşdirilib. Sözü gedən bu ekranda, görüntü ötürülməsini özünüzə uyğun tənzimləyə bilərsininz. Belə ki, tam rəng əhatəli və yüksək təzadlı "Dolğun rənglər" rejimindən və ya daha təbii və "sakit" ötürmə rejimi olan "Təbii rənglər" arasında seçim edə bilərsiniz. Həmçinin, sərhədsiz İnfinity - U displeyində, damlavari oyuq daxilində "Selfi focus" rejimini dəstəkləyən, F2.2 işıq güclü, 20 MP frontal kamera yerləşdirilmişdir.  Əlavə olaraq ekran üzərində həm də yüksək texnoloji barmaq izi skaneri də qurraşdırılmışdır. Sözü gedən bu optik biometrik identifikasiya cəld və dəqiq işləyir.

Yenilənmiş modeldə Samsung, smartfonun arxa tərəfində yerləşdirilən yeni kvadro kameralar blokunu diqqətimizə təqdim edir. Burada əsas kamera yüksək icazəli matrisaya sahib, 48MP modul ilə təmsil olunub.  Blokda təqdim edilən digər kameralar isə 123 ° baxış bucağına malik ultra geniş obyektivli 8 MP-lik modul və hər biri 5 MP-lik matrisa ilə təchiz olunmuş iki obyektivdən ibarətdir. Burada makro kamera, obyektlərin ən kiçik detallarını belə qeydə alaraq iri planlı şəkillər çəkməyə imkan verir, "Live Focus" ilə təchiz edilmiş dərinlik sensoru isə karda fon yayılmasının dərəcəsini tənzimləyir.

Kamera, kadrda əks etdirilən obyektləri avtomatik təyin edərək, səhnəni tənzimləyən süni zəka üzərindən işləyir.  

Galaxy A31, istənilən oyun və tətbiqin axarı və efffektiv işləməsini təmin edən, sürətli 8 nüvəli prosessor və 4 GB (6 GB) operativ yaddaşla təchiz edilmişdir. Həmçinin, burada onsuzda geniş olan daxili yaddaşı (64 QB/128 QB) microSD kart vasitəsi ilə 512 QB-a qədər artırmaq imkanı təklif olunur.

Qalınlığı cəmi 8.6 mm olmasına baxmayaraq, A31 inanılmaz dərəcədə tutumlu - 5000 mAh güclü batareya ilə təchiz edilmişdir. Həmçinin, smartfon 15Vt gücündə sürətli yükləməni də dəstəkləyir.

Samsung Galaxy A31, öz qiymət sinfində ekranda quraşdırılmış barmaq izi skaneri, dörd modullu kamera və əla daxili və operativ yaddaşa sahibi olan az saylı smartfonlardan biridir. Cihaz sürətli işləməklə yanaşı, həm də korpusunun qeyri adi naxışı sayəsində dəbdəbəli xarici görünüşə malikdir.  Əlavə olaraq, qeyd etmək lazımdır ki , yeni Galaxy A məhsul xəttinə həm də A51 və A71 smartfonları da daxildir.

Yeni Galaxy A məhsul xəttinin smartfonları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton, Optimal и World-Telecom mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.