"Qəbələ"nin keçmiş hücumçusu məşqçiliyə başladı

18 May 2020 12:56

Karyerasını bitirən "Qəbələ"nin keçmiş hücumçusu Aleksey Antonov məşqçiliyə başlayıb.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı futbolçu ölkəsinin "Çernomorets" klubunda baş məşqçi Sergey Kovaletsin köməkçisi olacaq.

34 yaşlı keçmiş futbolçu 2015-2016-cı illərdə "Qəbələ"də çıxış edib.

Milli.Az