Karantin qaydaları yumşaldıldı, insanlar barlara axın etdi - VİDEO - FOTO

18 May 2020 11:56

Ukraynada çəkilən kadrlar təəccübləndirir.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, gecə klubunda çəkilən kadrlarda insanların sosial məsafəyə riayət etmədən rəqs edib, əylənməsi əks olunub.

Ukrayna karantin rejimini yumşaltdıqdan sonra bu ölkədə insanlar gecə klubları və barlara axın ediblər.

Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına görə, Ukraynada hazırda 18291 koronaviruslu xəstə var, 514 nəfər isə bu virus səbəbi ilə dünyasını dəyişib.

İsmayıl
Milli.Az