Paytaxtda "BMW" yandı

18 May 2020 11:39

Bakı şəhərinin Sabunçu rayonunda "BMW" markalı minik avtomobilinin yük hissəsi və salonu qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az