Koronavirusa görə filmi yarımçıq qaldı

18 May 2020 13:07

Aktrisa Serenay Sarıkaya koronavirus infeksiyasına görə layihələrini yarımçıq qoyub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisanın "Rüya projem" dediyi mərhum müğənni Bergenin həyatından bəhs edən filminin çəkilişləri dayandırılıb.

Son günlər yumor ustası Cem Yılmazla yaşadığı eşqlə gündəmdən düşməyən Serenay rolu üçün məşqlər edir. 28 yaşlı aktrisa dərslər alıb, Bergenlə bağlı araşdırmalar aparır.

Noyabrda təqdim edilməsi planlaşdırılan film üçün aktrisa çox həyəcanlanır. İyunda çəkilişlərə başlanılacağı deyilsə də, məlum olmayan vaxta qədər uzadılıb.

Milli.Az