"Əvvəlki qədər varlı deyiləm"

18 May 2020 09:44

Türkiyəli müğənni Sərdar Ortaç ünvanına çox pulu olduğunu deyənlərə cavab verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, gəzərkən obyektivlərə tuş gələn ifaçı var-dövləti ilə bağlı suallara əsəbiləşib.

Ortaç "Əvvəlki qədər varlı deyiləm. Vəziyyəti düzəltmişəm, çox borcum da yoxdur. İşçilərimin maaşını da pulum olduqca ödəyirəm. Onlar da bir söz demirlər" sözlərini söyləyib.

Milli.Az