Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 17-nə olan statistik göstəriciləri açıqlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 072 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 232 077 test aparılıb.
Milli.Az