Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

17 May 2020 21:27

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hadisə şəhərin H.Əliyev prospektində baş verib. "VAZ 2107" markalı avtomobil yolu keçən şəhər sakini Elnur Mirzəliyevi vurub. Ağır kəllə-beyin travması alan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az