İsveçrə səfiri İran XİN-ə çağırıldı

17 May 2020 20:06

İranın xarici işlər nazirinin müavini Abbas Araqçı İslam Respublikasında ABŞ-ın maraqlarını təmsil edən İsveçrənin səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İran XİN-nin mətbuat xidmətindən bildiriblər.

A.Araqçı İsveçrə səfiri ilə söhbərində Vaşinqtona Venesuelaya gedən İran tankerlərinin təqib olunması ilə bağlı xəbərdarlıq edib.

Bundan əlavə, İran XİN rəhbəri Məhəmməd Cavad Zərif BMT-nin baş katibi Antoniu Quterreşə məktub göndərib.

Milli.Az