Şəmkirdə kafedə 2 ədəd məişət qaz balonu alışıb

17 May 2020 19:56

Şəmkir rayonunda ümumi sahəsi 124 m² olan kafenin mətbəxində birinin həcmi 10 litr və digərinin həcmi 25 litr olan 2 ədəd məişət qaz balonunda ani alışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, nəticədə kafenin mətbəxinin lambirindən ibarət tavanı 24 m² sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Milli.Az